“Qəbələ” “Alyans-Arena”da
25.07.2013 - 06:05
İyulun 23-ü baş tutan "Qəbələ" - "Gənclərbirliyi" (3:1) sınaq matçından sonra Yuri Syomin komandasına birgünlük istirahət verib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, istirahəti yoxlama oyununun baş tutduğu Almaniyanın Münhen şəhərində keçirən "Qəbələ" günün ikinci yarısında “Alyans-Arena”ya yollanıb.
Bu dəfə tamaşaçı qismində yer alan "qırmızı-qaralar" "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) yoxlama matçını izləyiblər. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə tamamlanıb.
Bu dəfə tamaşaçı qismində yer alan "qırmızı-qaralar" "Bavariya" (Almaniya) - "Barselona" (İspaniya) yoxlama matçını izləyiblər. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə tamamlanıb.
0
0