“Simurq” üzərində qələbəyə çox şadam”
25.07.2013 - 08:01
“Simurq” üzərində qələbəyə çox şadam”
“Təlim-məşq toplanışımızdakı ilk qələbəmizi qazandığımız üçün çox şadam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Gökhan Süzən deyib.

26 yaşlı sol cinah müdafiəçisi Avstriya toplanışı çərçivəsində Zaqatalanın “Simurq” klubu ilə keçirilən yoxlama oyunu hadqa fikirlərini açıqlayıb. Süzən qarşılaşmadan sonra 2:1 hesablı qələbədən məmnunluğunu gizlətməyib: “Bu matç sadəcə yoxlama oyunu olsa da, qələbə qazanmaq həmişə xoşdur. “Simurq” üzərində qələbədə payı olan hər kəsi təbrik edirəm”