“Xəzər Lənkəran” “Neftçi”yə çatdı
25.07.2013 - 23:00
“Xəzər Lənkəran” “Neftçi”yə çatdı
“Xəzər Lənkəran” Azərbaycan klublarının avrokuboklar tarixində ən ağır məğlubiyyətlərindən birini alıb. Apapsort.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsinin İsrail “Makkabi”si ilə qarşılaşmasında 8 cavabsız qol buraxan Lənkəran təmsilçisi yalnız 1 qarşılaşmanın nəticəsindən təsəlli ala bilər.

Bu da 17 il əvvəl Polşada “Qutnik”dən 9 cavabsız qol buraxan “Xəzri”nin durumudur. Avrokuboklarda antirekordçumuz olan Buzovna klubunun nəticəsini təkrarlamamaqdan lənkəranlıları cəmi 1 qol qurtardı.

Bununla da “Xəzər Lənkəran” avrokuboklar tarixində ikinci ən ağır məğlubiyyətimizin müəllifi oldu. Onlar 2-ci olan “Neftçi”yə çatmaqla prinsipial rəqibindən “geri qalmadığını” sübut etdi. Bakılılar 8 cavabsız qolu Polşada “Vidzev”dən buraxmışdı. 8 və daha çox qol buraxan bu 3 klubumuzdan başqa daha 3 dəfə 6 qolla yenilmişdik. Bir sözlə 6 görüşdə 6 və daha çox top fərqi qeydə alınıb.

6 və daha çox top fərqilə uduzduğumuz oyunlar
1996/97 mövsümü, UEFA kuboku
17.07.1996 Qutnik (Krakov, Polşa) - Xəzri – 9:0
1997/98 mövsümü, Çempionlar Liqası
30.07.1997 Vidzev (Polşa) - Neftçi – 8:0
2013/14 mövsümü, Avropa Liqası
25.07.2013 Xəzər Lənkəran – Makkabi (Hayfa, İsrail) – 0:8
1996/97 mövsümü, UEFA kuboku
24.07.1996 Lokomotiv (Sofiya, Bolqarıstan) – Neftçi – 6:0
1998/99 mövsümü, Kuboklar kuboku
13.08.1998 Kopenhagen (Danimarka) - Qarabağ – 6:0

1999/00 mövsümü, İntertoto kuboku
11.07.1999 Monpelye (Fransa) - Qarabağ – 6:0