Qurban Qurbanov: Erkən qol vurmaq işimizə yaradı
25.07.2013 - 23:51
“Bu, bizim üçün çox maraqlı və ağır mübarizə idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının II təsnifat mərhələsində Polşa “Pyast”ını mübarizədən kənarlaşdırmasına şərh verib: “Hər iki komanda çox yaxşı oynadı. Mən daha əvvəl də demişdim ki, “Pyast” qol vurmağı sevir və bu səbəbdən də biz öncə bunu etmək istədik. Erkən qol da bizim işimizə yaradı. Çətin mübarizədən sonra rəqibimizə təşəkkür etmək istəyərəm. Onlara mövsüm ərzində uğurlar arzulayıram”.
Qeyd edək ki, “Pyast” – “Qarabağ” oyunu 2:2 hesablı heç-heçə ilə başa çatıb.

0
0