“Qarabağ”ın yeni kəşfi: 40-cı ölkə
26.07.2013 - 00:00
“Qarabağ”ın yeni kəşfi: 40-cı ölkə
Avropa Liqasının III təsnifat mərhələsinə yüksələn “Qarabağ” futbolumuz üçün yeni ölkə “kəşf edəcək”. Apasport.az saytının məlumatına görə, 19 illik avrokubok tariximizdə ilk dəfə təmsilçimiz İsveç klubu ilə görüşəcək. Bu ilkin müəllifləri “Qarabağ”la “Gefle” olacaq. İsveç avrokuboklarda təmsilçilərimizə rəqib olan 40-cı ölkə olacaq.

Bu isə o deməkdir ki, avrokuboklarda iştirak edən 53 ölkədən yalnız 11-i ilə qarşılaşmağımız mümkün olmayıb. Çünki 53 ölkədən biri biz, biri isə UEFA-nın da bizimlə düşməsinə imkan vermədiyi düşmən Ermənistandır. UEFA-nın 54-cü ölkəsi Cəbəllütariq isə hələlik avrokuboklarda iştirak etmir.

Qeyd edək ki, qarşılaşmadığımız ölkələr İspaniya, İngiltərə, Portuqaliya, Şotlandiya, Macarıstan, Qazaxıstan, İrlandiya, Lüksemburq, Lixtenşteyn, San-Marino, Andorradır.