3-cü cəhddən
26.07.2013 - 00:05
3-cü cəhddən
Avrokuboklar tarixində 2-ci dəfə Azərbaycan klubu əlavə vaxtda mərhələ adlamağı bacardı. Apasport.az saytının məlumatına görə, Polşada “Pyast”a 1:2 hesabı ilə uduzduğu oyunu əlavə vaxtda xilas edən “Qarabağ” Avropa Liqasının III təsnifat mərhələsinə yüksəldi.

Bunadək əlavə vaxta ehtiyac olduğu və bu 30 dəqiqədə cütün qalibi müəyyənləşdiyi 5 dueldən yalnız birində - “Şəmkir” qazanmışdı. İki dəfə elə “Qarabağ”ın özü, 1 dəfə “Xəzər Lənkəran” və 3 gün əvvəl “Neftçi” əlavə vaxtda uduzmuşdu. “Qarabağ” isə 2-ci qələbəmizin müəllifi kimi tarixə düşdü. “Qarabağ” bunu 3-cü cəhddən bacardı.

22.08.1996. “MüPA” (Finlandiya) – “Qarabağ” – 1:0 (ilk oyun), 0:1 (cavab oyunu), 1:0 (əlavə vaxt)

19.07.2000. “Şəmkir” – “Skonto” (Latviya) – 1:2 (ilk oyun), 2:1 (cavab oyunu), 2:0 (əlavə vaxt)

27.07.2006. “Qarabağ” – “Zimbru” (Moldova) – 1:1 (ilk oyun), 1:1 (cavab oyunu), 0:1 (əlavə vaxt)

24.07.2007. “Dinamo” (Xorvatiya) – “Xəzər Lənkəran” – 1:1 (ilk oyun), 1:1 (cavab oyunu), 2:0 (əlavə vaxt)

23.07.2013. “Skenderbeu” (Albaniya) – “Neftçi” – 0:0 (ilk oyun), 0:0 (cavab oyunu), 1:0 (əlavə vaxt)

25.07.2013. “Pyast” (Polşa) – “Qarabağ” - – 1:2 (ilk oyun), 2:1 (cavab oyunu), 0:1 (əlavə vaxt)