“Qarabağ”la oyunlarımız həqiqətən ağır alındı”
26.07.2013 - 00:24
“Qarabağ”la oyunlarımız həqiqətən ağır alındı”
“Düşünürəm ki, avrokuboklardakı debütümüz biabırçılıq oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri bu sözləri “Pyast”ın baş məşqçisi Marçin Broş deyib.

O, Avropa Liqasının II təsnifat mərhələsində təmsilçimiz “Qarabağ”la 2:2 hesablı bərabərə qalmasından sonra turnirlə vidalaşmalarına şərh verib: “Biz həqiqətən sonra kimi mübarizə aparıb, növbəti mərhələyə keçməyi çox istəyirdik. Komanda təşkilatlanmış futbol oynayırdı. Bizdə potensial var, amma hələ inkişaf etdirmək lazımdır. Komandaya önəmli sərmayə qoymaq gərəkdir ki, daha yaxşı mübarizə aparsın. “Qarabağ”la oyunlarımız həqiqətən ağır alındı. Bu gün biz bütöv komandanı itirdik”.