Qurban Qurbanova həsəd aparanlar...
26.07.2013 - 01:00
Qurban Qurbanova həsəd aparanlar...
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan klublarını avrokuboklara çıxaran digər mütəxəssislərlə arasındakı fərqi fantastik həddə çatdırıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsində Polşa “Pyast”ını keçməklə mütəxəssisin adladığı turların ümumi sayı 9-a çatıb.

Bütün uğurlarına “Qarabağ”la imza atan Qurbanov təmsilçilərimizlə mərhələ adlamağı bacaran digər 10 baş məşqçidən nəinki 1, hətta bir neçə baş üstündür. Belə ki, fantastik fərqlə ondan geri qalan izləyiciləri arasında heç 3 dəfə də bunu bacaran olmayıb.

Qeyd edək ki, Azərbaycan klublarının adladğı 25 mərhələni 11 baş məşqçi keçib.

Azərbaycan klubları ilə mərhələ adlayan baş məşqçilər

9 - Qurban Qurbanov – 2 (2009/10), 3 (2010/11), 2 (2011/12), 2 (2013/14)
2 – Böyükağa Ağayev - 1 (1999/2000), 1 (2004/05)
2 – Ağasəlim Mircavadov - 1 (2000/01), 1 (2005/06)
2 - Yunis Hüseynov - 1 (2006/07), 1 (2012/13)
2 – Anatoli Demyanenko - 2 (2008/09)
2 – Kaxaber Sxadadze – 1 (2011/12), 1 (2013/14)
2 – Böyükağa Hacıyev – 2 (2012/13)
1 – Kazbek Tuayev – 1 (2004/05)
1 – Valentin Xodukin - 1 (2008/09)
1 – Qyoko Hacıyevski – 1 (2009/10)
1 - Con Toşak - 1 (2013/14)