Mahir Şükürov: O, çətinlik çəkir
04.08.2013 - 09:57
“Oyuna yaxşı hazırlaşmışdıq. AZAL-ın həmişə ciddi rəqib olduğunu bilirik”. Bu sözləri apasport.az saytına açıqlamasında Topaz Premyer Liqasının ilk turunda AZAL üzərində qazanılan 4:1 hesablı qələbədən sonra “Neftçi” klubunun futbolçusu Mahir Şükürov deyib.
Şükürov bildirib ki, komandası rəqibi güclü hesab etsə də, matçın taleyini ilk yarıdaca həll etmək niyyətində olub: “İstifadə edə bilmədiyimiz qol imkanlarımız da oldu, amma ümumi baxanda şanslarımızı yaxşı dəyərləndirdik. Qarşılaşmanın taleyini birinci hissədə həll etmək istəyirdik. İlk yarıda rəqibin qapısından 3 top keçirdik. Düşünürəm ki, komanda şəklində yaxşı oynadıq”.
Yeni transfer Melvin Platye haqda da danışan Şükürov onun çətinlik çəkdiyini vurğulayıb: “Platye komandamıza təzəlikcə gəlib. O, bu səbəbdən bir az çətinlik çəkir. Fikrimcə, bu, normaldır. Qarşıdakı oyunlarda yaxşı olar. Amma onun Nikolas Kanalesi unutduracağı barədə bir şey deyə bilmərəm. Kanales həqiqətən də çox güclü hücumçu idi”.
ELMAR

0
0