“Sadıq Sadıqova təşəkkür edirəm” – MÜSAHİBƏ
04.08.2013 - 15:10
“Neftçi” klubunun yarımmüdafiəçisi Cavid İmamverdiyevin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının 2013/14 mövsümünün ilk turunda AZAL üzərində qazandığınız 4:1 hesablı qələbə barədə nə deyə bilərsiniz?
- Yaxşı oynadıq. Layiq olduğumuz qələbəni qazandıq və bu münasibətlə komanda yoldaşlarımı təbrik edirəm. Daha çox qol vurmaq olardı. Yaratdığımız qol imkanlarını düzgün dəyərləndirsəydik, hesab fərqli olacaqdı. Qarşıdakı oyunlara baxmalıyıq. Çətin qarşılaşmalar olacaq. Növbəti 5 oyunu itkisiz keçirsək, yenə çempion olacağımıza 70 faiz inanıram.
- Fasiləyə 3 top üstünlüklə yollanmağınızın ikinci hissədəki oyununuza mənfi təsiri oldumu?
- Desəm təsiri olmadı, yalan danışmış olaram. AZAL qol vurduqdan sonra yenidən toparlandıq. Ardıcıl imkanlarımız da oldu. Artıq bu oyunu unutmalıyıq. Vacib olan qələbə ilə başlamaq idi, bunu da bacardıq.
- Hər iki komanda meydanda sanki gəzə-gəzə oynayırdı. Bu nə ilə bağlı idi?
- Biz daha çox top saxlamağa çalışırdıq. Eyni zamanda, kombinasiyalar qurmağa cəhd edirik. Bəziləri alınırdı, bir qismi isə istədiyimiz kimi baş tutmurdu. Futboldur, belə şeylər olur. Həm də biz meydanda verilən tapşırığı yerinə yetiririk. Bizə topa nəzarət etmək, özümüzdə saxlamaq tapşırılmışdı.
- Julius Vobayın gedişindən sonra 10 nömrəli futbolka sizə qismət oldu. “Neftçi” kimi köklü klubun 10 nömrəsi olmağa hazırsınızmı?
- Klubun prezidenti Sadıq Sadıqova təşəkkür edirəm. Çünki məni “10 nömrə” olmağa layiq bildi. “10 nömrə” olmaq hər bir futbolçunun arzusudur. Bu dəfə mənə qismət oldu. Ümidləri doğrultmağa çalışacağam.
- Əvəzlənməyiniz nə ilə bağlı idi: 90 dəqiqə oynamağa hazır deyilsiz?
- Heyətdə futbolçu çoxdur. Məşqçilər korpusu onlara da şans verməyək istəyirdi. Hazırda ehtiyat oyunçular skamyası çox genişdir. Mənim çıxış etdiyim mövqedə oynayacaq gücdə olan 3-4 futbolçu var. Məşqçilər belə qərar verdi.
- Böyükağa Hacıyevin istefasından sonra komandada nə dəyişib?
- Baş məşqçinin istefasına görə psixoloji gərginlik yoxdur. Komandamızın oyunu yaxşı gedir. Əhval-ruhiyyə yaxşıdır.

0
0