Fatih Terimin “əqrəb vuruşu” - VİDEO
04.08.2013 - 16:54
Fatih Terimin “əqrəb vuruşu” - VİDEO
“Qalatasaray”ın “Emirates Cup” turnirinin ilk turunda “Porto”nu məğlub etdiyi matçın son dəqiqlərində baş məşqçi Fatih Terimin hərəkəti alqışlara səbəb olub. Apasport.az saytının xəbərinə görə, təcrübəli mütəxəssis aut xətti üzərində olarkən ona tərəf gələn topu “əqrəb vuruşu” deyilən daban zərbəsi ilə qarşılayıb. Bu zərbədən sonra tribunalarda yer alan azarkeşlər Terimi alqışlayıblar.



Qeyd edək ki, “Qalatasaray” Felipe Melonun vurduğu qolla Portuqaliya təmsilçisi üzərində qələbə qazanıb - 1:0.