Con Toşak: Komandam xəstədi
04.08.2013 - 19:53
Con Toşak: Komandam xəstədi
“Komandamız xəstədi. Komandanın üzərində çalışıb, həmin xəstəliyi götürmək lazımdı”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.

Cənub təmsilçisi Topaz Premyer Liqasının 2013/14 mövsümünün ilk turunda səfərdə “Sumqayıt”la qarşılaşdı. Fasiləyə az qalmış məğlub duruma düşən “ağ-yaşıllar” ikinci hissədə Nildonun qoluyla tarazlığı bərpa etdilər - 1:1.

Uelsli mütəxəssisin fikrincə, buraxılan qol Milad bayramı ərəfəsində rəqibə hədiyyə olub: “Heç nədən qol buraxdıq. Bu Milad bayramı öncəsi rəqibə hədiyyə idi. Bizim də xeyli imkanlarımız oldu. Təəssüf ki, bunlardan yararlana bilmədik. “Sumqayıt”a hörmətlə yanaşırıq, amma bizim qarşıdakı turlarda daha güclü rəqiblərlə oyunlarımız var. Həmin görüşlərədək komandada özünə inam olmalıdı”.