Syominlə Pantiç kimi izləyir?
04.08.2013 - 19:59
Syominlə Pantiç kimi izləyir?
Topaz Premyer Liqasının 2013/14 mövsümünün ilk turunun son oyunu olan “İnter” – “Qarabağ” matçını ölkəmizdə çalışan əcnəbi mütəxəssislər də izləyir. Apasport.az saytının xəbərinə görə, “Şəfa” stadionundakı qarşılaşmanı izləyənlər arasında rusiyalı mütəxəssis Yuri Syominlə (“Qəbələ”), ispaniyalı Miliko Pantiç (“Bakı”) də var.

Qeyd edək ki, çempionat ilk turunun açılış matçında “Qəbələ” səfərdə “Bakı” üzərində qələbə qazanıb – 2:1.