Kaxaber Sxadadze: Yeni transferlərlə güclənməliyik
04.08.2013 - 22:07
Kaxaber Sxadadze: Yeni transferlərlə güclənməliyik
“İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının I turunda “Qarabağ”a uduzduqları oyunla bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, gürcüstanlı çalışdırıcı yeni transferlərə ehtiyaclarının olduğunu bildirib: “Əla oyun oldu, iki yaxşı komanda qarşılaşdı. Bu cür oyunla məğlub olmamalı idik. “Qarabağ”ın ustalıq səviyyəsi bizdən üstün oldu. Sanki, son ötürmələri verə bilmirdik. Yeni transferlərlə güclənməliyik. Xüsusən də hücum xəttində. Bəzi oyunçularla danışıqlarda şəxsən özüm iştirak edirəm. Ümid edirəm ki, alınacaq”.

pfl.az