Yığmamız yenə böyük hesabla uduzdu
04.08.2013 - 23:00
Yığmamız yenə böyük hesabla uduzdu
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, millimiz bu dəfə meydan sahibi Polşa ilə qarşılaşıb.

2 gün əvvəl Avstriya ilə görüşdə qapısından 7 cavabsız top buraxan yığmamız yenə böyük hesabla uduzub. Belə ki, polşalılar komandamızı 5:0 hesabı ilə darmadağın ediblər.