Aslan Kərimov: Millimizdən böyük nəticə gözləmirəm
05.08.2013 - 08:23
Aslan Kərimov: Millimizdən böyük nəticə gözləmirəm
“Belarus yığması 1 yaş kiçiklərlə çıxış etsə də, onlar yaxşı futbol göstərdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Aslan Kərimov deyib.

40 yaşlı çalışdırıcı Qırğızıstanda keçirilən “Dostluq kuboku” turnirinin ilk turunun Belarusla oyunu ərəfəsində baş tutan mətbuat konfransında yarış haqda fikirlərini açıqlayıb: “Düşünmürəm ki, Belarus yığması layiqli rəqib deyil. Bizim komandaya gəlincə, Qırğızıstandakı turnirdə çıxış etdiyimiz üçün şadıq. Bu turnirdə yığmamızdan böyük nəticələr gözləmirəm. Əsas məqsədimiz təcrübə toplamaqdır”.