“Qarabağ”ın bəzi futbolçuları əbəs yerə...” - MÜSAHİBƏ
05.08.2013 - 09:00
“İnter” klubunun müdafiəçisi Brüs Abdulaye Topaz Premyer Liqasının I turunda “Qarabağ”la oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb
- Yeni mövsümdə keçirdiyiniz ilk görüşdə öz meydanınızda “Qarabağ”a 1:2 hesabı ilə uduzdunuz. Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Öz meydanımızda oynadığımızdan qələbə qazanmaq istəyirdik. Avropa Liqasındakı uğursuzluqdan sonra məqsədimiz çempionata 3 xalla başlamaq idi. Oyuna istəkli başladıq və erkən qol vurduq. Amma rəqib qarşılaşma ərzində yaratdığı 2 şansdan maksimum yararlandı.
- Bəlkə, Avropa Liqasındakı çıxışınız komandaya pis təsir edib?
- Xeyr. Sadəcə, qalib gəlmək istəyiriksə, oyuna yaxşı köklənməliyik. Meydanda inamlı mübarizə aparıb, lazımi nəticəni almalıyıq. Əgər yenə belə oynasaq, heç də yaxşı olmaz.
- Komandanız növbəti görüşünü səfərdə keçirəcək. Rəqibiniz olacaq “Qəbələ” ilk turda inamlı oyunla “Bakı” üzərində əzmkar qələbə qazandı...
- “Qəbələ” ilə matça hazırlaşmaq üçün 1 həftə vaxtımız var. Çox çətin qarşılaşma olacaq. Matçın səfərdə olması da əleyhimizədir. Təbii ki, bu barədə baş məşqçi daha yaxşı bilir və fikrimcə, həmin oyunadək komandanı yaxşı hazırlaşdıracaq.
- Sizinlə mübarizə zamanı yerə yıxılan “Qarabağ”ın futbolçusu Almeyda bir müddət ayağa qalxa bilmədi. Həmin epizodda nə baş vermişdi?
- Bilirsiz, bu futboldur. Rəqib də top uğrunda mübarizə aparır, mən də. Müdafiəçiyəm, rəqibin hücumunu dayandırmalıyam. Hakim də həmin epizodda qayda pozuntusu qeydə alıb, oyunu dayandırdı.
- Məhz bundan sonra futbolçular arasında mübahisə yaşandı. Siz isə əsəbi vəziyyətdə idiz. Bunu səbəbi nə idi?
- “Qarabağ”ın bəzi futbolçuları əbəs yerə mənim Almeydanı qəsdən yıxdığımı düşündülər. Guya ki, onu bilərəkdən zədələmək fikrim olub. Amma belə deyil. Mənim nə “Qarabağ”la, nə də Almeyda ilə problemim var.
- “İnter”in Türkiyədəki təlim-məşq toplantısına qatılmamışdınız. Klubla aranızda problem yaranmışdı?
- Xeyr, hər şey qaydasındadı. Türkiyə hazırlıqlarında olmamağım klubla aramızda hansısa problemin yaranması demək deyil. Bəzi işlərim vardı. Amma yenə deyirəm ki, ciddi narazılıq yaranmamışdı.
- Hansısa problemin olmadığını desəniz də, həmin vaxt başqa kluba keçmək istədiyiniz barədə xəbərlər yayılmışdı...
- Xeyr, bundan söhbət belə gedə bilməz. Heç bir klubla danışıqlar aparmamışam. Bu barədə geniş danışmaq fikrim yoxdu.
ELMAR

0
0