Yuri Syomin təkzib etdi
05.08.2013 - 09:25
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Kiyev “Dinamo”sunda rəhbərliyi altında oynamış futbolçuları ölkəmizə gətirəcəyi barədə yazılanlara münasibət bildirib. Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssis “Futbol” telekanalına açıqlamasında qapıçı Stanislav Boquşla, hücumçu Artyom Milevskini Qəbələyə gətirəcəyi ilə bağlı deyilənləri təkzib edib.
O bildirib ki, hər 2 ukraynalı futbolçunu rəhbərliyi altında oynadığı dövrdən yaxşı tanısa da, xidmətlərində maraqlı deyil.
Vaxtilə milliyə də cəlb olunan oyunçulardan Boquş zədədən sonra yaşıl meydana qayıtdığı halda, Milevski İtaliyanın “Livorno” klubuna keçməyə yaxın idi. Ancaq transfer ona görə çətinə düşüb ki, italiyalılar 28 yaşlı futbolçunun kiyevlilərlə müqaviləsinin bitməyini – sentyabrın 2-dək gözləmək istəmirlər. Rusiyalı mütəxəssisin isə həmin vaxtı gözləməyə, klubun maddi məsələləri həll etməyə hazır olduğu bildirilirdi.

0
0