“Qəbələ”nin seneqallı hücumçusu Fərid Quliyevin komandasında
05.08.2013 - 09:27
“Qəbələ”nin seneqallı hücumçusu Fərid Quliyevin komandasında
“Qəbələ”nin sabiq hücumçusu olan Mustafa Dabo Türkiyənin “Kahramanmaraşspor” klubunda çıxış edə bilər. Apasport.az saytının məlumatına görə, 27 yaşlı seneqallı futbolçu hazırda azərbaycanlı futbolçular – Fərid Quliyevlə Murad Axundzadənin çıxış etdiyi Kahramanmaraş təmsilçisində baxışdadır.

Qeyd edək ki, “Qəbələ”nin digər seneqallı hücumçusu Viktor Mendini də “Bucaspor” istəyirdi. Ancaq afrikalı oyunçunun təmsilçimizlə müqaviləsi olduğundan, keçid reallaşmamışdı.