“Heç bir klub “Simurq” kimi şərtlər təklif etmirdi”
05.08.2013 - 10:02
“Heç bir klub “Simurq” kimi şərtlər təklif etmirdi”
“Avropanın digər klubları da Patrik Osiiakonu heyətində görmək istəyirdi. Lakin onların heç biri “Simurq” kimi şərtlər təklif etmirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun futbolçusu Patrik Osiakonun meneceri Andreas Hoffmann deyib.
Keniya millisinin üzvünün nümayəndəsi Topaz Premyer Liqasının startı ərəfəsində baş tutan transferə münasibət bildirib: “Patrik əsl peşəkardır. Bu üzdən də güclü çempionatda oynamalı və bunun da qarşılığında yaxşı qazanmaq imkanı əldə etməli idi. Düşünürəm ki, tam buna uyğun bir klub tapa bildik”.
Yarımmüdafiəçinin özü də Azərbaycana gəlməsindən məmnunluğunu gizlətməyib: “Simurq” mənə çox yaxşı iş təklif etdi. Bu keçid mənim üçün yeni çağırışdır. Komandamın qələbələri üçün hər şey edəcəyəm”.