“Qalatasaray” “Emirates Cup”ın qalibi olub
05.08.2013 - 10:37
“Qalatasaray” “Emirates Cup”ın qalibi olub
“Qalatasaray” İngiltərədə keçirilən “Emirates Cup” beynəlxalq turnirinin qalibi olub. Apasport.az saytının məlumatına görə, Fatih Terimin baş məşqçisi olduğu komanda “Arsenal”ı onun meydanında əzmkar qələbə - 2:1 hesabı ilə yenərək, mövsümə kubokla başlayıb.

Londondakı matçın 39-cu dəqiqəsində Teo Uolkottun qolu ilə hesabda geri düşən “Cim Bom” son 13 dəqiqədə hücumçusu Didye Droqbanın sayəsində oyunun taleyini həll edib. Belə ki, 77-ci dəqiqədə penaltidən tarazlığı bərpa edən Fil Dişi Sahilindən olan hücumçu bundan 11 dəqiqə sonra qələbə topunu vurub.

Bununla da hər 2 oyunda qalib gələn “Qalatasaray” “Arsenal”la yanaşı, “Porto” və “Napoli”nin də iştirak etdiyi turnirdə 1-ci olub.