Ansi Aqolli: “Qarabağ” meydana yorğun çıxmışdı - MÜSAHİBƏ
05.08.2013 - 10:43
“Qarabağ” klubunun müdafiəçisi Ansi Aqollinin apasport.az saytına müsahibəsi
- Topaz Premyer Liqasının I turunda “İnter” üzərində 2:1 hesabı ilə qələbə qazandığınız səfər oyunu barədə nə deyə bilərsiniz?
- Mövsümə qələbə ilə başladığımız üçün sevinirik. “İnter” Azərbaycanın ən yaxşı klublarından biridir. Güclü komanda ilə oyunda çətinliklə olsa da, 3 xal qazandıq.
- Bu qarşılaşmada “İnter” zəif təsir bağışladı, yoxsa “Qarabğ” daha yaxşı oynadı?
- Xeyr, “İnter” heç də pis oynamadı. Rəqib matçın ilk dəqiqələrindən qapımıza yol tapdı. Erkən qol buraxdıq. Ümumiyyətlə, çətin oldu. Amma qapımıza vurulan qoldan sonra toparlanıb, rəqib qapısından iki top keçirdik.
- “Qarabağ” 3 gün öncə Avropa Liqasının III təsnifat mərhələsində “Gefle” ilə qarşılaşmışdı. Komandanızın yorğun olması fikri ilə razısınız?
- Bəli, komanda meydana bir az yorğun çıxmışdı. Amma şükürlər olsun ki, oyunumuz yaxşı alındı və 3 xal qazandıq.
- Komandanız qələbəni nəyin sayəsində qazandı?
- Yaxaladığımız epizodları yaxı dəyərləndirdik. Çətin avroliqa oyunundan sonra komanda xarakter nümayiş etdirdi.
- Yeni transferlərinizin çıxışı barədə nə deyə bilərsiniz?
- Yaxşı təsir bağışlayırlar. Çumbinyo komandaya bir neçə gündür qoşulub, amma sanki 1 ildir bizimlə oynayır. Corc Leroy isə həm bu oyunda rəqib qapısına yol tapdı, həm də iki önəmli Avroliqa görüşündə qol vuraraq, komandaya kömək etdi. Ümumilikdə, hamısı yaxşıdır.
- Amma yeni hücumçunuz Nikolas Gelaşvili qol vurmaqda çətinlik çəkir...
- Bu, normal haldır. Onun güclü oyunçu olduğunu bilirik. Özünüz də görürsünüz ki, çox çalışır, komanda üçün əlindən gələni edir. Təbii ki, hamı hücumçudan ilk növbədə qol gözləyir. Ümid edirəm ki, tez bir zamanda qolları ilə bizi sevindirəcək. Sadəcə, bir az vaxta ehtiyacı var.
ELMAR

0
0