Ruslan Əmircanov: Biz “Qarabağ”dan yaxşı oynadıq
05.08.2013 - 11:30
“Qarabağ”ı hamı tanıyır. Güclü rəqibdi. Ona görə də oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Erkən qol da vurduq, amma müdafiədə çox sadə səhvlər ucbatından qapımıza iki top vuruldu”. Bu sözləri apasport.az saytına açıqlamasında Topaz Premyer Liqasının ilk turunda “Qarabağ”a 1:2 hesablı məğlubiyyətdən sonra “İnter”in futbolçusu Ruslan Əmircanov deyib.
Rəqibə qarşı yaxşı mübarizə apardıqlarını deyən Əmircanov rəqibin onlardan üstün oynamadığını bildirib: “Biz “Qarabağ”dan bir az üstün oynayırdıq. Rəqib ancaq əks-hücumlarda yaxşı oynadı və təhlükəli epizodlar yaratdı. Birinci hissəyə yaxşı başladıq və ilk dəqiqlərdə hesabı açdıq. Qoldan sonra ola bilsin ki, bir az aşağı tempdə oynadıq. Amma yenə deyirəm, müdafiədə səhvlər elədik. Rəqibin vurduğu birinci qolda elə səhv elədik ki, heç uşaq futbolunda belə səhvlər olmur. Mənim heç yadıma gəlmir ki, hər hansı bir komanda qapısında elə qol görsün”.

0
0