Topaz Premyer Liqası ilə bağlı yanlışlıq
05.08.2013 - 14:00
Avropa ölkələrinin milli çempionatlarının orta məhsuldarlıq üzrə cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, “yaz-payız” sistemi ilə keçirilən ölkələrdə 2012, “payız-yaz” sistemi ilə baş tutan çempionatlarda isə 2012/13 mövsümünün nəticələri hesablanıb.
Nəticədə məlum olub ki, qitənin ən məhsuldar çempionatı Cəbəllütariq birinciliyidir. Mövsüm ərzində 0:0 hesabının qeydə alınmadığı çempionatda orta hesabla hər oyuna 4,33 qol vurulur. İlk “üçlük”də yer alan Andorra və Uels çempionatlarında bu rəqəm müvafiq olaraq, 3,75 və 3,53-ə bərabərdir.
Ən az qol vurulan yarış isə Yunanıstan çempionatıdır – 2,13. Belarus (2,30) ilə Bosniya və Hersoqovina (2,33) liqaları da məhsuldarlığı ilə öyünə bilməz. Slovakiya (2,35), Serbiya və Albaniya (2,38) da az qol vurulan çempionatlar sırasındadır.
Araşdırmanı aparan rusiyalı həmkarlarımız Topaz Premyer Liqasını da siyahının aşağı hissələrində sayır. Onların iddiasına əsasən, orta məhsuldarlığı 2,4-ə bərabər olan Azərbaycan çempionatı MDB məkanında yalnız Belarusdan üstündür. Yəni çempionatımız UEFA-ya daxil olan 11 keçmiş SSRİ ölkəsi arasında 10-cudur.
Amma şimallılar hesablama zamanı kiçik səhvə yol veriblər. Belə ki, 191 matçın baş tutduğu çempionatımızda 465 qol vurulub. Bu isə orta məhsuldarlığın 2,40 deyil, 2,43 olmasından xəbər verir.
Belə yanlışlıq Topaz Premyer Liqasını MDB məkanında 1 pillə geri salıb. Çünki Qazaxıstan çempionatının məhsuldarlığı (2,42) bizim birincilikdən aşağıdır.

0
0