Slavço Georgiyevski: Belə şeylər gözlərimi qorxuda bilməz – MÜSAHİBƏ
05.08.2013 - 14:35
“İnter” klubunun makedoniyalı futbolçusu Slavço Georgiyevskinin apasport.az saytına müsahibəsi
- “Qarabağ”la oyunda gözlənilmədən əsas heyətdən kənarda qaldınız. Bu, hansısa problemlə bağlı idi?
- Heç bir problem yoxdur. Sadəcə, bu, taktiki gedişlə bağlı idi. Baş məşqçi belə qərar verdi.
- Azərbaycanda oynadığınız 4-cü mövsümdə ilk dəfə ehtiyatda qaldınız...
- Tamamilə doğrudur. Mən Azərbaycanda oynadığım müddətdə ilk dəfə idi ehtiyatda qalırdım. Ancaq hər bir peşəkar futbolçu kimi baş məşqçinin qərarını normal qarşıladım.
- Daim əsas heyətdə oynayan Slavço Georgiyevski üçün birdən-birə ehtiyatda qalmaq təəccüblü olmadı?
- Yox. Çünki əsas heyəti baş məşqçi müəyyənləşdirir. O, nə vaxt deyəcək, onda da meydana çıxacağam.
- Ehtiyat oyunçular skamyasından matçı izləmək necə idi?
- Çətin. Çünki meydanda olub, komandana kömək edə bilmirsən. Yalnız kənardan bəzi məsləhətlər verə bilərsən. Buna görə meydanda olmaq yaxşıdır. Ancaq istənilən halda, baş məşqçimiz Kaxaber Sxadadzeyə hörmətlə yanaşacağam. O, Azərbaycanda işləyən ən güclü mütəxəssislərdən biridir.
- Bəs kənardan komandanızın oyununa necə qiymət verərdiniz?
- Əslində, pis oynamadıq. Hesabı da biz açdıq. Ancaq sonradan yersiz qollar buraxdıq. Bu, öz səhvlərimizdən oldu. “Qarabağ” elə komandadı ki, belə xətalardan maksimum istifadə edir.
- “İnter”də orta sahədə rəqabətin olması sizi çəkindirmir?
- Mən heç vaxt rəqabətdən çəkinməmişəm. Ümumiyyətlə, belə şeylər mənim gözlərimi qorxuda bilməz. Çünki özümə, oyunuma güvənirəm. Sadəcə, hər şey futbolçunun əlində deyil. Biz futbolçular ona görə məvacib alırıq ki, yaxşı oynayaq. Baş məşqçi isə məvacibini heyəti müəyyənləşdirməyə, komanda qurmağa görə alır. Yəni hərə öz işinə görə qiymətləndirilir.
- Sizcə, mövsümlərarası fasilədə heyətində böyük dəyişiklər olar “İnter” zəifləyib, mükafatlardan kənarda qalmayacaq ki?
- Biz özümüzə inanırıq. Məğlubiyyət oldu, eybi yoxdur. Bu, ilk turdur, hələ qarşıda çox oyun var. Komandamızda yeni futbolçular çox olduğundan, uyğunlaşmaya vaxt lazımdır. Məncə, 1 aya hər şey qaydasına düşəcək. Fikrimcə, “İnter” oyundan-oyuna daha yaxşı təsir bağışlayacaq.
- Sizi Makedoniya yığmasından tanıyan, bu ildən “Xəzər Lənkəran”ı çalışdıran Con Toşak mövsümlərarası fasilədə komandasına dəvət edib?
- “Xəzər Lənkəran”dan yox, ancaq başqa Azərbaycan klublarından təkliflər almışdım. Sadəcə, “İnter”lə müqaviləm vardı. Başqa kluba keçmək üçün anlaşma ilə bağlı çox məsələləri həll etmək lazım idi.
Mehman SÜLEYMANOV

0
0