“Gefle” - “Qarabağ”: 18 yaşdan aşağı pulsuz!
05.08.2013 - 15:38
“Gefle” - “Qarabağ”: 18 yaşdan aşağı pulsuz!
Avropa Liqasının III təsnifat mərhələsinin “Gefle” – “Qarabağ” matçının biletlərinin qiyməti məlum olub. Apasport.az saytının xəbərinə görə, azarkeşlər avqustun 8-də İsveçdə baş tutacaq qarşılaşmaya giriş üçün 100 kron (təxminən 12 manat) ödəməlidirlər.

Bununla belə, gənclər Sundsvall şəhərinin “Norrporten” stadionunda keçiriləcək qarşılaşmanı izləmək üçün pul ödəməyəcəklər. Klub rəhbərliyi 18 yaşadək fanatlar üçün girişin sərbəst olmasına qərar verib.

Gənclər üçün biletin pulsuz olması komandaya dəstəyin çoxluğunun təmin edilməsi üçün atılıb.