“Qarabağ”ın huşunu itirən futbolçusu oynamayacaq
05.08.2013 - 15:51
“Qarabağ” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanov braziliyalı yarımmüdafiəçi Riçard Almeydanın xidmətindən məhrum olub.
Topaz Premyer Liqasının I turunun “İnter”lə qarşılaşmasında rəqib müdafiəçi Brüs Abdullaye tərəfindən baş zərbəsi alaraq huşunu itirmişdi. Bunun nəticəsində braziliyalı oyuna davam etdirə bilməmişdi.
Oyundan dərhal sonra xəstəxanaya aparılan 24 yaşlı cənubi amerikalının müayinəsindən sonra onun durumunun ciddi olduğu müəyyənləşib. Riçarda beyin silkələnməsi diaqnozu qoyulub. Yarımmüdafiəçinin ən azı 1 həftə məşq etməsinə qadağa qoyulub. Bu isə o deməkdir ki, Almeyda Avropa Liqasının III təsnifat mərhələsinin “Gefle” ilə avqustun 8-də İsveçdə baş tutacaq cavab oyununu buraxmalı olacaq.
Mənbə: qarabagh.com

0
0