AZAL-la anlaşa bilmədi, Türkiyənin aşağı dəstəsini seçdi – FOTO
05.08.2013 - 16:14
Makedoniya ilə seçmə oyunda 21 yaşadək millimizdə rəsmi debüt edən Fatih Şanlı özünə klub tapıb. Apasport.az saytının “İləri” qəzetinə istinadən verdiyi xəbərə görə, gənc oyunçu Türkiyənin III dəstə təmsilçisi “Yimpaş Yozqatspor”la müqavilə bağlayıb.
Avqustun 2-də klub prezidenti Nurullah Nurdoğanla anlaşan Şanlı artıq rəsmi müqaviləyə imza atıb. “Köln”ün yetirməsi olan 21 yaşlı hücumçu əslən Yozqatdan olduğu üçün bu klubu seçdiyini bildirib: “Türkiyədə “Yimpaş Yozgatspor” ile yeni mövsümdə, inşallah, ilk çempionluğumu yaşayaram’’.
Nurdoğan isə uzun müddətdir ki, danışıqlar apardıqları bu futbolçunun üzlərini qara çıxarmayacaqlarını söyləyib: “Fatih Şanlı yeni mövsümdə bizə böyük güc qatacaq. Vuracağı qollar ilə komandamızın uğurunda vacib rol oynayacaq”.
Yeri gəlmişkən, Şanlı avqustun 3-də komandası ilə ilk məşqinə də çıxıb. O, hətta “Çorum Bələdiyəspor”la yoxlama oyununda da meydanda olub. Son dəqiqələrdə meydana girən futbolçumuz özünü göstərə bilməyib.
Qeyd edək ki, ötən mövsüm Almaniyanın “Berqiş Qladbax 09” klubundan ayrıldıqdan sonra Fatih Şanlının meneceri Rafət Kaptan müştərisi üçün AZAL və “Sumqayıt”la danışıqlar aparırdı. Ancaq tərəflərin danışıqları uğursuz alınmışdı.

0
0