“Güclü çempionatlarda top qovmaq üçün Azərbaycana getmədi”
05.08.2013 - 16:36
“Güclü çempionatlarda top qovmaq üçün Azərbaycana getmədi”
Latviyalı futbolçu Eduard Vişnyakov Azərbaycan klublarının təkliflərindən imtina edib. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Qazaxıstanın “Şaxtyor” klubu ilə ölkə çempionu olan 23 yaşlı hücumçunun bu yay aldığı təkliflər arasında Topaz Premyer Liqasının iştirakçıları da olub.

Bunu latviyalının meneceri Mixail Lebedev açıqlayıb. FİFA agenti sonda Polşanın “Vidzev” klubuna keçməyə qərar verən müştərisinin bu addımına aydınlıq gətirib: “Vidzev”lə yanaşı, Azərbaycan və Rusiya klubları da Eduardın transferində maraqlı idi. Lakin biz onunla yaxşı götür-qoy etdik. Sonda belə qənaətə gəldik ki, gələcəkdə Avropanın güclü çempionatlarında top qovmaq üçün ən yaxşı seçim Polşaya yollanmaqdır”.

Qeyd edək ki, ötən ay “Vidzev”ə transfer olunan latviyalı artıq Polşa çempionatında keçirdiyi 2 matçda qol hesabını da açıb.