“Azərbaycanla bir turnirdə oynamaq qorxulu deyil”
05.08.2013 - 16:40
Rusiyanın 17 yaşlılardan ibarət yığma komandasının (U-17) baş məşqçisi Sergey Kiryakov Azərbaycan millisindən söz açıb. Apasport.az saytının məlumatına görə, ötənlərin tanınmış hücumçusu 2014-cü il Avropa çempionatının seçmə mərhələsində rəqiblərindən olan Azərbaycanın U-17-dən çəkinmədiyini bildirib.
Kiryakov almaniyalı həmkarı Nikolay Adamın çalışdırdığı yığmamızla həm bu ay Litvada ənənəvi Palanqa turnirində, həm də sentyabrda seçmə mərhələdə üzləşməkdə problem görmür: “Litvada turnirdə bizimlə birgə Azərbaycan yığması da iştirak edəcək. Biz onunla payızda seçmə mərhələdə rəqib olacağıq. Azərbaycanla bir turnirdə oynamaq qorxulu deyil. Biz “kartlarımızı” açmaqdan çəkinmirik. Qarşıdakı Avropa çempionatında məqsədyönlü hazırlaşırıq, rəqiblərimizin video materiallar üzrə təhlil edirik”.

0
0