“Real”ın Ronaldo ilə rekord müqaviləsi
05.08.2013 - 17:59
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldonun “Real”dakı gələcək taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu Madrid klubu ilə müqaviləsini 2018-ci ilə ilin iyununa kimi uzadıb.
Bununla da dünyanın ən bahalı futbolçusu olan portuqaliyalının illik maaşı 17 milyon avro təşkil edəcək. Bu isə İspaniya çempionatında ən yüksək məbləğ sayılır.
Madridlilər Ronaldo ilə anlaşmağının artırılmağını qarşıdakı günlərdə rəsmən açıqlayacaq. Hücumçu isə anlaşmağının uzadılmağı ilə bağlı məsələnin hələ açıq qaldığını bildirmişdi.

0
0