Ərsun Yanal: “Zalsburq” bu səbəbdən bizdən öndədir
05.08.2013 - 18:19
“İlk oyunda futbolçularımız yaxşı nəticə qazanmaq üçün çalışdılar. Hər keçən gün daha yaxşıya doğru getmək istəyirik. Sabah da bunu göstərəcəyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Fənərbaxça”nın baş məşqçisi Ərsun Yanal bu gün İstanbulda keçirilən mətbuat konfransında bildirib.
Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriyada 1:1 hesablı bərabərliyə qaldığı “Zalsburq” klubu ilə sabahkı cavab oyunu öncəsi fikirlərini açıqlayan türkiyəli mütəxəssis onlar üçün əsas məqsədin növbəti mərhələyə çıxmaq olduğunu bildirib: “Rəqibimiz gənc futbolçulara sahib bir komandadır. Belə oyunların önəmliliyini bilirik. Azarkeşlərimizdən alacağımız dəstəklə yolumuza davam edəcəyik”.
Yanalın fikrincə, Türkiyədən fərqli olaraq Avstriyada çempionatın başlamağı rəqibin xeyrinədir: “Onların çempionatının başlamağından 9-10 həftə keçib. Bu səbəbdən “Zalsburq” bizdən öndədir, ancaq biz də yaxşıya doğru gedirik. Nə zaman formamızın zirvəsinə çıxacağımızı bilmirəm. Bununla bağlı dəqiq vaxt açıqlamaq da düzgün olmazdı”.
Qeyd edək ki, “Fənərbaxça” – “Zalsburq” matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq

0
0