Del Pyero: Llorente və Teves “Yuventus”a kuboklar qazandıracaq
05.08.2013 - 22:57
Del Pyero: Llorente və Teves “Yuventus”a kuboklar qazandıracaq
“Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero keçmiş klubunun hazırkı vəziyyəti ilə bağlı İtaliya mətbuatına açıqlama verib.

Apasport.az saytının məlumatına görə, Del Pyero klubun yeni mövsümdə də iddialı olacağını deyib: “Yuventus” bu mövsüm də ölkə çempionatının ən böyük favoritidir. Ötən mövsümə baxanda komandada əsaslı dəyişikliklər olmadı. Amma hesab edirəm ki, yeni transferlər, Fernando Llorente və Karlos Teves hücumda böyük işlər görəcək və kluba birən çox kubok qazandıracaq”.

Xatırladaq ki, İtaliya millisinin sabiq üzvü 2012-ci ildə “Yuventus”dan Avstraliyanın "Sidney" klubuna transfer olunub.