Niyə susursuz, Cavadov?
05.08.2013 - 23:07
Ölkəmizin bəzi futbol veteranları arasında yaranan soyuq münasibət son günlər mətbuat səhifələrində təhqirlərlə ifadə olunmaqdadı. Kimi valideyninin milliyyətinə, kimi mövqeyinə, kimi vəzifəsinə, kimi də karyerasına görə. Mənəvi dəyərlərə sığmayan bu kimi fikirləri söyləyən şəxslərin öz vicdanına buraxaraq, digər bir məqama diqqət yetirmək istərdik.
Məgər ölkəmizin futbol həyatında hər birinin özünəməxsus xidmətləri olan bu veteranları bir masa arxasına dəvət edib, təhqiramiz ifadələrin deyilməsinin qarşısını almaq olmazmı? Əlbəttə olar. Sadəcə, bunun üçün liderlik keyfiyyətinə malik olan futbol veteranı olmalıdı. Bax, bizim futbolun mühüm problemlərindən biri də budu. Niyə bizim futbol veteranları arasında lider yoxdur...
Bəlkə də heç vaxt bu barədə düşünməmişik və bunun əhəmiyyətinə o qədər də diqqət yetirməmişik. Amma bir futbol veteranı tərəfindən çoxsaylı futbol veteranlarının KİV-də açıq-aşkar şəkildə təhqir olunması və buna digərləri tərəfindən heç bir reaksiyanın verilməməsi üzücü bir haldı. Bu kimi fikirlərin mətbuatda dərcindən və futbol ictimaiyyəti arasında geniş rezonans doğurmasından bir müddət keçməsinə baxmayaraq, hələlik susqunluqdu.
Söhbət heç də təhqir olunan futbol veteranlarından deyil, adları hallanmayan adlı-sanlı veteranlardan gedir. Onlara üzümüzü tutub demək istərdik: bəs siz niyə susursunuz, hanı sizin müdrikliyiniz, ağsaqqallığınız və liderlik keyfiyyətiniz? Veteranlar arasında parçalanmanın yarandığı bir vaxtda niyə irəli çıxıb sözünüzü demirsiniz? Keçmiş komanda yoldaşlarınızın bir-birini təhqir etməsinə tamaşa edə-edə yalnız özünüzü düşünürsünü. "Şöhrət" ordenli veteran futbolçularımızdan bir neçəsi təhqir olunur, digər "Şöhrət" ordenli veteranımız isə susur.
Özü də daim liderlik iddiası ilə alışıb-yanır.
Konkret olaraq, İsgəndər Cavadovun bu məsələyə münasibətini öyrənmək istəyirdik. Dünən gün ərzində dəfələrlə zəng etdiyimiz Cavadov cənablarının telefonunu başqası götürüb, onun ölkə xaricində olduğunu dedilər. Amma apardığımız kiçicik araşdırmadan sonra İsgəndər bəyin hansısa ölkəyə getmədiyini, əksinə, AFFA-da öz otağında olduğunu öyrəndik.
Eybi yox, görünür, İsgəndər bəyin danışmağa sözü yoxdu. Amma bizim ona veriləsi bir neçə sualımız var...
"Şöhrət" ordenli, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti olan bu şəxsə daha hansı titul lazımdır ki, bu və digər məsələlərə münasibət bildirsin, yaranmış hər-hansı narazılığı həll etmək üçün özündə müdriklik tapsın.
Müxtəlif mətbuat orqanlarında vaxtaşırı tənqid olunan veteran futbolçular arasında onun da adına tez-tez rast gəlinir. Çünki əvvəlki AFFA rəhbərləri ilə mütəmadi olaraq mübarizə aparan Cavadov bəlkə də futbolun inkişafını yığma komandalar və klublarla xarici ölkələrə səfər etməkdə görür. Adama deyərlər, deməli, mübarizənin bir məqsədi olub - vəzifə qazanmaq. Onu da veriblər, bəs hanı nəticə? Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti kimi bu illər ərzində keçirdiyin turnirlərdən hansı futbolçunu üzə çıxartmısız?
AFFA-nın İcraiyyə Komitəsinin əbədi üzvü olaraq futbolun inkişafı üçün nə kimi təklif, tövsiyələriniz olub? Hansı qərarın qəbulunda prinsipiallıq göstərmisiz?
Bütün bunların müqabilində milli komandanın baş məşqçisi Berti Foqtsu arxada tənqid edib, AFFA-nın divarları arasında dəstəkləmisiz. Ancaq son vaxtlar tənqid və təhqir olunan veteranların arasında adının hallanmamağına görə isə susursuz. Axı titullu veteran olduğunuza görə susmamalısız İsgəndər bəy!
Futbolumuzun, klublarımızın problemlərini demək üçün zaman gözləməməlisiz, mövqeyinizi açıq və qəti bildirməlisiz İsgəndər bəy!
TAHİR

0
0