Ronaldo: Ançelotti müzakirə olunmayacaq bir mütəxəssisdir
06.08.2013 - 02:16
Ronaldo: Ançelotti müzakirə olunmayacaq bir mütəxəssisdir
Madrid "Real"ının ulduz futbolçusu Kriştianu Ronaldo yeni baş məşqçisi Karlo Ançelotti haqqında danışıb.

Apasport.az saytının xəbərinə görə, İspaniya mətbuatına açıqlama verən portuqaliyalı hücumçu Ançelottidən razı olduqlarını deyib.

Ronaldo italiyalı mütəxəssisin onlarla dostcasına rəftar etdiyini bildirib: "Baş məşqçimizdən çox razıyıq. Hazırda məşqlərimiz yaxşı keçir və yeni mövsümə iddialı başlamaq istəyirik. Ançelotti bizə dostca yaxınlaşır və bu da xoşumuza gəlir. O, müzakirə olunmayacaq bir mütəxəssisdir. Öz adımdan deyə bilərəm ki, onunla çalışmaq mənə rahatdır. Onun fərqli strategiyaları və hər birimiz üçün müxtəlif planları var. Mən fərqli mövqelərdə oynamaqdan narahat olmaram. Tək fikirləşdiyim odur ki, komandama kömək etmək istəyirəm".