“Fənərbaxça” “Zalsburq”la oyuna Əmrəsiz çıxacaq
06.08.2013 - 02:59
Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Fənərbaxça” doğma azarkeşləri önündə Avstriya təmsilçisi “Zalsburq”la üz-üzə gələcək.
Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, İstanbul klubu bu qarşılaşma öncəsi ciddi itki ilə üzləşib. Komandanın kapitanı Əmrə Belözoğlu zədəli olduğu üçün bu oyunda komandasına kömək edə bilməyəcək.
Klubun zədəli olan digər futbolçuları, Mehmet Topal, Raul Meyreleş və Pier Vebonun da bu matçda oynayacağı sual altındadır.
Qeyd edək ki, Bu gün Şükrü Saracoğlu stadionunda baş tutacaq "Fənərbaxça" - "Zalsburq" görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Bu komandalar birinci oyunda meydandan 1:1 hesablı bərabərliklə ayrılmışdılar.

0
0