“Fənərbaxça” və “Şaxtyor” növbəti mərhələdə - YENİLƏNİB
07.08.2013 - 00:55
“Fənərbaxça” və “Şaxtyor” növbəti mərhələdə - YENİLƏNİB
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Türkiyənin təmsilçilərindən olan “Fənərbaxça” doğma azarkeşləri qarşısına çıxıb.

Belə ki, səfərdən sərfəli hesabla qayıdan “Fənər”in son təsnifat mərhələsinə çıxmaq şansı çox idi. Oyunun ilk dəqiqələrində qapısında qol görən İstanbul klubu tez toparlanaraq rəqibi 3:1 hesabı ilə məğlub edib və "pley-off" mərhələsinə yüksəlib.

“Neftçi”ni mübarizədən kənarlaşdıran “Skenderbeu” Qazaxıstan “Şaxtyor”unu 3:2 hesabı ilə məğlub etsə də ilk oyundakı məğlubiyyətə görə, ÇL-dəki mübarizəsini dayandırıb.



Çempionlar Liqası
III təsnifat mərhələsi (cavab oyunu)
6 avqust



“Makkabi” (Təl-Əviv, İsrail) – “Bazel” (İsveçrə) - 3:3
İlk oyun – 0:1
QOL: Fabian, 34 (avtoqol), Zahavi, 37, M. Radi, 55 - Fabian, 5 (pen.), M. Salah, 21, Marselo Dias, 32.

“Styaua” (Rumıniya) – “Dinamo” (Tiflis, Gürcüstan) - 1:1
İlk oyun – 2:0
QOL: Lotovlevisi, 6 - Astarloa,48

“Maribor” (Sloveniya) – APOEL (Kipr) - 0:0
İlk oyun – 1:1

“Skenderbeu” (Albaniya) – “Şaxtyor” (Qazaxıstan) - 3:2
İlk oyun – 0:3
QOL: Tomiç, 9, Şkembi, 20, 29 (pen.) - Sergey, 38, Bayzanov, 66

“Fənərbaxça” (Türkiyə) – “Zalsburq” (Avstriya) - 3:1
ilk oyun - 1:1
QOL: Meyreleş, 8, M. Sou, 17, Vebo, 34 - Soriano, 4

“Partizan” (Serbiya) – “Ludoqorets” (Bolqarıstan) - 0:1
İlk oyun – 1:2
QOL: Zlatinski, 88


“Qrasshopers” (İsveçrə) – “Lion” (Fransa) - 0:1
İlk oyun – 0:1
QOL: Qrenyer, 82