Raul “Simurq”a qayıtdı
06.08.2013 - 08:42
Raul “Simurq”a  qayıtdı
Rumıniyalı futbolçu Raul Kostin Zaqatalanın “Simurq” klubuna keçib. Apasport.az saytının məlumatına görə, son klubu “Vaslui” olan yarımmüdafiəçi yenidən Premyer Liqa təmsilçisinə qayıtmağa qərar verib.

Hələ ötən ay Zaqatala təmsilçisinin düşərgəsində baxışda olan Raul son anda vətənində oynamağa qərar vermişdi. Belə ki, rumıniyalı Buxarest “Rapid”i ilə müqavilə də imzalamışdı. Lakin İdman Arbitraj Məhkəməsinin qərarı futbolçunu da fikrindən döndərib.

Məsələ ondadır ki beynəlxalq qurum “Rapid”in Rumıniya çempionatının güclülər dəstəsində oynamasına qadağa qoyub. Bu vəziyyətdə aşağı dəstədə çıxış etməli olan futbolçuların hamısı klubundan ayrılmağa üstünlük verib. Raul isə “Simurq”a qayıtmağı lazım bilib.