“Onlar “Neftçi” ilə oyunda aramsız hücumlar edirdilər”
06.08.2013 - 08:58
Qazaxıstanın “Şaxtyor” klubunun baş məşqçisi Viktor Kumıkov “Skenderbeu” – “Neftçi” oyunundan danışıb. Apasport.az saytının məlumatına görə, mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsində Albaniyada keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayaraq, rəqibin bakılılarla hücum futbolu oynadığını bildirib.
Onun sözlərinə görə, evdə 3:0 hesabı ilə qalib gəldikləri komandanın ilk dəqiqələrdən hücumlarının şahidi olacaqlar: “Mən “Neftçi” ilə son oyunlarına, iki hissə, üstəgəl əlavə vaxta baxmışam. Rəqib aramsız hücumlar edirdi. Fikrimcə, onlar yenə evdə çox aqressiv oynayacaqlar. Bu, Astanadakı matçdan tam fərqli futbol olacaq. Əlbəttə, biz buna mane olmağa çalışacağıq”.
Qeyd edək ki, “Skenderbeu” “Neftçi” ilə matçın 116-cı dəqiqəsində vurduğu qolla 1:0 hesabı ilə qalib gələrək, mərhələ adlayıb.

0
0