Malta yığması Bakıya 23 futbolçu ilə gələcək
06.08.2013 - 09:21
Malta yığması Bakıya 23 futbolçu ilə gələcək
Avqustun 14-də millimizlə yoldaşlıq görüşü keçirəcək Malta yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, cırtdan ölkə təmsilçisi Azərbaycana 23 futbolçu ilə gələcək.

Baş məşqçi Pyetro Qedin Bakıdakı qarşılaşmanın hazırlıqlarına başlayan 25 nəfərlik siyahıda bir sıra dəyişikliklər edib. Aleks Muskat, , Conatan Karuana, Lük Dimeş, Stiv Borq (hamısı “Valletta”) və Daniel Bogdanovici (“Floriana”) yığmanın heyətindən çıxaran mütəxəssis əvəzində Andre Agius, Andre Şembri, Terens Vellanı milliyə çağırıb.

Qapıçılar: Henri Bonello, Qlenn Zammit (hər ikisi “Slima”), Justin Haber (Birkirkara), Nikki Vella (Tarxien);

Müdafiəçilər: Andre Agius (“Sassari Torres”, İtaliya), Yakob Borq, Justin Qrioli (hər ikisi “Balzan”) Rayan Kamilleri, Kleyton Failla (hər ikisi “Hibetnians”), Klifford Qatt Baldaçino, Mark Scerri (hər ikisi “Slima”);

Yarımmüdafiəçilər: Şon Bajada, Rayan Feneç, Roderik Briffa (hamısı “Valletta”), Pol Feneç, Edvard Herrera, Roven Muskat, Qaret Skiberras (hamısı “Birkirkara”);

Hücumçular: Mihael Mifsud (klubsuz), Endryu Kohen (Hibernians), Con Mintoff ( “Slima”), Andre Şembri (“Omoniya”, Kipr), Terens Vella (“Birkirkara”),