Hədəf: Qrup mərhələsini keçmək və Azərbaycan çempionluğu - FOTO
06.08.2013 - 09:27
Hədəf: Qrup mərhələsini keçmək və Azərbaycan çempionluğu - FOTO
“İlk hədəfimiz Çempionlar Liqasında oynayacağımız B qrupundan növbəti mərhələyə çıxmaqdır”. Apasport.az saytının məlumatına görə, bunu “İqtisadçı”nın yeni baş məşqçisi Bülənt Karslıoğlu deyib.

Təcrübəli çalışdırıcı ikinci dəfə “universitet klubu”nun sükanı arxasına keçdikdən sonra hədəflərini açıqlayıb. O, Türkiyə mətbuatına verdiyi açıqlamasında bildirib ki, mübarizə aparacağı yarışlarda birincilik üçün meydana çıxacaqlar və əsas istəkləri Azərbaycan çempionluğudur: “Çempionlar Liqasında Serbiyanın “Srvena Zvezda”, İtaliyanın “Pyaçentsa” və Rusiyanın “Dinamo” (Moskva) klubları ilə eyni qrupda yer almışıq. Bunlara qarşı layiqli oynayıb, mərhələ adlamağı planlaşdırırıq. Daha sonrakı hədəfimiz Azərbaycan çempionluğudur”.

Karslıoğlu Türkiyəni ölkə xaricində təmsil edən yeganə voleybol mütəxəssisi olduğu üçün üzərinə ciddi məsuliyyət də düşdüyünü də deyib: “Ölkəmi ən yaxşı şəkildə təmsil etməyə çalışacağam. Komandamın heyəti bu günlərdə tamamlanacaq və mövsümün başlamasını gözləyəcəyik”.

Qeyd edək ki, ötən mövsüm “Azərreyl”lə Super Liqanın “gümüş”ünə şərik olan “İqtisadçı” Çempionlar Liqasında “wild card”la oynayacaq.