“Qarabağ” İsveçə 19 futbolçu ilə yollanır
06.08.2013 - 10:37
Avropa Liqasının III təsnifat mərhələsində çıxış edən “Qarabağ” bu gün İsveçə yollanır. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Gefle” ilə avqustun 8-də baş tutacaq cavab oyununun baş tutacağı məkana 2 gün əvvəl gedir. Komanda bu gün saat 16:00-da birbaşa reyslə oyunun keçiriləcəyi Sundsval şəhərinə yollanacaq.
Ağdamlılar səfərə 19 futbolçu ilə çıxacaq. Sundsvalda “Scandik Nord” otelində məskunlaşacaq “Qarabağ” sabah oyunun keçiriləcəyi vaxtda, yerli vaxtla 19:00-da (Bakı vaxtıyla 22:00) sonuncu məşqinə çıxacaq.
Qeyd edək ki, ilk oyunda “Qarabağ” 1:0 hesablı qələbə qazanmışdı.
Mənbə: qarabagh.com

0
0