Vobay rəsmən BƏƏ klubunda – FOTO
06.08.2013 - 11:58
Vobay rəsmən BƏƏ klubunda – FOTO
“Neftçi”nin syerra-leoneli futbolçusu Culius Vobayın BƏƏ çempionatında oynaması rəsmiləşib. Apasport.az saytının məlumatına görə, afrikalı oyunçu avqustun 1-də Dubaya gəlib.

Futbolçu ötən həftəsonu isə BƏƏ-nin “Əl-Şaab” klubu ilə 1 illik icarə müqaviləsinə imza atıb. Vobay keçidi haqda bunları söyləyib: “Fars Körfəzi bölgəsində və Yaxın Şərqdə ilk dəfə çıxış edəcəyəm. Çox şadam ki, BƏƏ-də oynayacağam. Bura gəlməzdən öncə müsbət ab-havası olan komanda axtarırdım. Gözəl bir komanda özümə tapdığıma görə sevinirəm”.

Qeyd edək ki, Vobay müqavilə ilə “Neftçi”yə məxsus oyunçudur.