Təmsilçilərimizin Fərid Quliyevlə görüşü baş tutmadı
06.08.2013 - 12:43
Dünən Boluda daha bir təmsilçilərimizin çıxış etdikləri komandalar üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, Andrey Popoviçlə Usim Ndukanın şərəfini qoruduğu “Tavşanlı Linyitspor” “Ankaraspor”la qarşılaşmalı olsa da, sonradan rəqib dəyişib.
Belə ki, Kütahya təmsilçisi “Kahramanmaraşspor”la qarşılaşıb. Ancaq təmsilçilərimizin bir-biri ilə görüşmək istəyi baş tutmayıb. Belə ki, Fərid Quliyevlə Murad Axundzadəyə bu oyunda istirahət verilib. “Kahramanmaraşspor”da baxışda olan Davud Kərimiyə də meydana çıxmaq qismət olmayıb.
Ancaq qarşı tərəfdə Popoviçlə Nduka ilk dəqiqələrdən meydanda olub. “Kahramanmaraşspor”un qapıçısı Ersel Çətinkaya 2 penalti zərbəsi qaytarıbsa, “Qəbələ”nin sabiq hücumçusu Mustafa Dabonun qazandığı “11 metrliy”i isə Popoviç dəf etməyi bacarıb. U-21-in qapıçısı Ərhan Kurtun zərbəsini dəf edib. Popoviç fasilədən, Nduka isə təxminən 60-cı dəqiqədən sonra əvəzlənib. Görüş isə qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, bununla da “Tavşanlı Linyitspor” Boluda yoxlama oyunlarını başa vurub. I dəstə təmsilçisi buna qədər Rustavi “Metallurq”u (0:1), “Boluspor” (4:1), “Orduspor” (2:1) və “İstanbul BB” (1:1) ilə oynamışdı. Bütün oyunlarda 45 dəqiqə çıxış edən Popoviç yalnız “Orduspor”la görüşü buraxıb. Nduka isə yalnız gürcülərə qarşı oynamamışdı.

0
0