25 yaş 59 günlük Topaz Premyer Liqası
06.08.2013 - 13:35
25 yaş 59 günlük Topaz Premyer Liqası
Topaz Premyer Liqasının ilkin orta yaş həddi məlum olub. Apasport.az saytının hesablamalarına görə, bu gün səhərə qədər 10 klub tərəfindən Peşəkar Futbol Liqasında 227 futbolçu sifariş olunub. Bu oyunçuların orta yaş həddi 25 il 59 gündür.

Bu göstərici hələlik ilkin xarakter daşıyır. Çünki klublar hələ heyətlərinə futbolçu əlavə edə bilərlər. Bundan asılı olaraq isə orta yaş həddi də dəyişməsi mümkündür.

Sifariş olunan futbolçuların sayında “İnter” və “Neftçi” liderdir. Paytaxt təmsilçiləri müvafiq olaraq 28 və 26 oyunçunu heyətə daxil edib. “Simurq” (18), AZAL və “Xəzər Lənkəran”ın (hərəyə 19) heyəti isə hələ tam formalaşmayıb.

Klubların orta yaş həddinə gəlincə isə “Sumqayıt” Topaz Premyer Liqasının ən gənc komandasıdır. “Rəvan” bu göstəricidə 2-ci, “Neftçi” isə 3-cüdür. Ən yaşlı komanda isə “Bakı”dır. Paytaxt təmsilçisi “Simurq”u cəmi 6 gün üstələyir. 3-cü pillədə isə AZAl-dır. “Bakı” ilə “Sumqayıt”ı isə təxminən 3 il ayırır.

Klublar

Futbolçu sayı

Orta yaş həddi

Bakı

24

26 il 97 gün

Simurq

18

26 il 91 gün

AZAL

19

25 il 197 gün

Xəzər Lənkəran

19

25 il 169 gün

Qəbələ

25

25 il 163 gün

İnter

28

25 il 123 gün

Qarabağ

25

24 il 364 gün

Neftci

26

24 il 280 gün

Rəvan

22

24 il 92 gün

Sumqayıt

21

23 il 152 gün