Çempionatımızın “qoca”sı ilə gənci: İaşvili “Frayburq”a keçəndə…
06.08.2013 - 14:04
Azərbaycan milli çempionatının cari mövsümündə ən yaşlı və gənc futbolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ölkəmizdə debüt mövsümünü keçirən “İnter”in gürcüstanlı hücumçusu Aleksandr İaşvili ən “qoca” oyunçudur.
Belə ki, 1977-ci ilin oktyabrın 23-də anadan olan legioner 36 yaşın içindədir. Daha dəqiq desək, Aleksandr 35 yaş 284 günlükdür.
Ümumiyyətlə, “İnter” “qoca” futbolçu baxımından liderliyə malik olub. Təsadüfi deyil ki, komandanın çexiyalı sabiq yarımmüdafiəçisi Bronislav Çervenka uzun müddət çempionatımızda top qovan ən yaşlı legioner idi.
Yaşa görə 2-ci yerdə “Sumqayıt”ın kapitanı Samir Abasov gedir. 1978-ci ildə anadan olan müdafiəçinin fevralın 1-də 35 illik yubileyi olub. İlk üçlüyü “Neftçi”nin makedoniyalı müdafiəçisi İqor Mitreski qapayır. Legioner 1979-cu ilin fevralın 19-da dünyaya gəlib.
Adətən yaşlı futbolçular qapıçılar olsa da, ilk üçlükdə bu ampluadan heç kim yoxdur. Yeri gəlmişkən, ən “qoca” qapıçı sıralamada 4-cü olan “Qəbələ”nin braziliyalı legioneri Dieqo Kostadır. Onun mayın 11-də 34 yaşı tamam olub.
Gənclərə gəlincə, burada da liderlər qapıçılar deyil. “Rəvan”ın yarımmüdafiəçisi Anar Həsənov cari mövsümün ən gənc futbolçusudur. O, 1997-ci ilin oktyabrın 18-də anadan olub. Yəni Həsənov 19 yaş 279 günlükdür. Anarın ən yaxın izləyicisi də onunla eyni ampluadandır. Bu, “Sumqayıt”ın futbolçusu Fərid Kərimzadədir. O, 1997-ci ilin aprelin 5-də anadan olub.
Göründüyü kimi, ən yaşlı ilə gənc arasında demək olar 20 yaş var. Bu isə o deməkdir ki, Aleksandr Anarın atası yerinə düşür. Ümumiyyətlə, Həsənovun doğulduğu il legionerin karyerasında xüsusi yer tutur. Çünki İaşvili karyerasında ən uğurlu klub olan “Frayburq”a məhz 1997-ci ildə keçərək 10 il oynayıb. O, bu komandada 255 matçda 51 qol vurub. Aleksandr Bundesliqa təmsilçisinə keçəndə, Anar heç anadan olmayıbmış.
Ən gənc əcnəbilərdən danışsaq, burda milliləşdirilənlərlə ümumiyyətlə legioneri fərqləndirməliyik. “İnter”in və yığmamızın əslən Dağıstandan olan yarımmüdafiəçisi Abdulla Abatsiyev əcnəbilər arasında yaşda ən kiçikdir. Belə ki, onun avqustun 16-da 20 yaşı tamam olacaq. Milliləşdiriləni nəzərə almasaq, “Xəzər Lənkəran”ın malili yarımmüdafiəçisi Sadio Tounkara ən gənc əcnəbidir. O, 1992-ci ilin aprelin 27-də dünyaya gəlib.

0
0