Mustafa Dabo Fərid Quliyevlə bir komandada oynayacaq
06.08.2013 - 14:29
“Qəbələ”nin sabiq hücumçusu Mustafa Dabonun Türkiyədə oynamaq istəyi baş tutub. Apasport.az saytının məlumatına görə, seneqallı futbolçu baxışda olduğu “Kahramanmaraşspor”da bəyənilib.
O bu komandada 2 yoxlama matçında çıxış edib. “Ünyəspor”la oyunda yeganə qələbə topuna imza atan Dabo dünən “Tavşanlı Linyitspor”la görüşdə də yeni komandasına 1 penalti vuruşu qazandırıb. Beləliklə, vaxtilə “Bucaspor”a keçməyə yaxın olmuş 27 yaşlı oyunçu ilk dəfə Türkiyədə çıxış edəcək.
Ondan fərqli olaraq, azərbaycanlı qapıçı Davud Kərimi baxışdan uğurla keçə bilməyib. Davud da Dabo kimi 2 matçda iştirak edib. “Orduspor”la 70-ci dəqiqədə yağışa görə yarımçıq kəsən oyunda və “Ünyəspor”la qarşılaşmalarda qapısını toxunulmaz saxlasa da, baş məşqçi Bəsim Durmuş Kərimini bəyənməyib. Kəriminin başqa Türkiyə klublarından birinə baxışa gedəcəyi gözlənilir.
Qeyd edək ki, “Kahramanmaraşspor”da 2 azərbaycanlı futbolçu – Fərid Quliyevlə Murad Axundzadə də oynayır.

0
0