Azərbaycanlı futbolçu “Mançester Yunayted”in məktəbində - FOTOSESSİYA
06.08.2013 - 15:21
Azərbaycanlı futbolçu “Mançester Yunayted”in məktəbində - FOTOSESSİYA
“Bakcell” şirkəti və AFFA tərəfindən “Bakcell Arena”da təşkil olunan "Mançester Yunayted" Yay Futbol Məktəbinin iştirakçılarından biri olan Nigar Mirzəliyeva avqustun 3-də Mançesterə yola düşüb. Apasport.az saytının məlumatına görə, futbolçumuz Denston kollecində "Mançester Yunayted" Yay Futbol Məktəbində toplanışdadır.

2013-cü il iyunun 11-də AFFA və “Bakcell” şirkəti tərəfindən Azərbaycanda uşaq futbolunun inkişafı və bu idman növünün kütləviliyin artıılması məqsədilə yeni layihəyə start verilib. Birgə layihə çərçivəsində "Mançester Yunayted" Yay Futbol Məktəbinin "Bakcell Arena"da təşkil olunacaq təlim-məşq toplanışında iştirak etmək üçün Gəncə, Mingəçevir, Lənkəran, Sumqayıt və Bakı şəhərlərində seçim turları təşkil edilib. Bu seleksiya turlarında 32 ən istedadlı uşaq seçilərək Bakıda - "Bakcell Arena"da "Mançester Yunayted" futbol məktəbinin məşqçiləri tərəfindən keçirilən toplanışa cəlb olundular.

İyunun 24-dən 28-dək "Bakcell Arena"da təşkil olunmuş məşqlərdə iştirak edən uşaqların arasından 6 nəfər seçilib. Onlar İngiltəyə yollanaraq "Mançester Yunayted" futbol məktəbində hazırlıq keçmək şansı əldə etdilər. Onlardan biri də Nigardır.

Mənbə: affa.az