“Sumqayıt”da yeni müqavilə - FOTO
06.08.2013 - 15:25
“Sumqayıt”da yeni müqavilə - FOTO
Topaz Premyer Liqasının ilk turunda “Xəzər Lənkəran”la heç-heçə edən “Sumqayıt” hücumçusu Sabir Allahquliyevlə müqaviləsini artırıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, futbolçu daha 1 il “Gənclik şəhəri” təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, Sabir 2012/13 mövsümündə Topaz Premyer Liqasında 25 oyunda (1216 dəqiqə) meydanda olub və 1 qol vurub.