“Qarabağ” Sundsvalla getdi
06.08.2013 - 15:51
“Qarabağ” Sundsvalla getdi
“Qarabağ” Avropa Liqasının III təsnifat mərhələsində “Gefle” ilə cavab oyunu keçirmək üçün İsveçə yollanıb. Apasport.az saytının məlumatına görə, ağdamlıları aparan təyyarə az öncə havaya qalxıb.

Bakıdan oyunun keçiriləcəyi Sundsvall şəhərinə uçuş müddəti 4 saat 40 dəqiqədir. “Qarabağ”ın rəhbərliyindən vitse-prezident Tahir Gözəllə direktor Əmrah Çəlikəl, habelə AFFA rəsmisi, sabiq FİFA hakimi Asim Xudiyev nümayəndə heyətində yer alıb. Səfərə yollananlar arasında apasport.az-ın əməkdaşı da var.

Qeyd edək ki, Bakıda 1:0 hesabı ilə qalib gələn “Qarabağ”ın İsveçdəki matçı avqustun 8-də olacaq.